Xəzər Xəbər

Azad edilmiş ərazilərdə daha 367 mina aşkarlanıb

Region | 16:00 • 5 Avqust 2024
Azad edilmiş ərazilərdə daha 367 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (29.07.2024 - 04.08.2024) açıqlanıb.

ANAMA-dan Xezerxeber.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 280 piyada əleyhinə mina, 87 tank əleyhinə mina, 8086 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2790.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər lenti