Xəzər Xəbər

Mingəçevirdə uşaq bağçasında yanğın baş verib

Region | 09:12 • 5 Avqust 2024
Mingəçevirdə uşaq bağçasında yanğın baş verib

Mingəçevirdə uşaq bağçasında yanğın olub.

Xezerxeber.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Mingəçevir şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağının döşəməsi 40 m² sahədə və sahəsi 40 m² olan otağın döşəməsi 20 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar