Xəzər Xəbər

Sel suları Qusarın Ləzə kəndində körpünü uçurub FOTO

Region | 18:47 • 2 Avqust 2024
Sel suları Qusarın Ləzə kəndində körpünü uçurub

Sel suları Qusarın Ləzə kəndində Qusarçay üzərindəki körpünü yarasız hala salıb.

Xezerxeber.az xəbər verir ki, Ləzə kəndinin sakinləri bu körpüdən keçərək biçənək və örüş sahələrinə gedirlər. Azərbaycanda ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi Yerği Kek kəndinin sakinləri də bu körpüdən istifadə edirlər. Körpü dağıldıqdan sonra əks istiqamətdə qalan avtomobillər Ləzə kəndinə qayıda bilmirlər.

Qusar Rayon Fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov bildirib ki, uzun müddətdir istifadə olunan körpüyə sel suları nəticəsində ziyan dəyib, ötən gün isə körpü tamamilə dağılıb.

“Körpü heç bir qurumun balansında deyil. Vaxtilə sakinlərin təşəbbüsü ilə tikilib. Eni 3, uzunu 5-6 metrdir. Bu gün vəziyyətlə yerində tanış olduq. Körpü tamamilə dağılıb. Yeni körpü tikilməlidir. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra körpünün bərpası həyata keçirilə bilər”, - deyə Şahid Fərəməzov bildirib.

Körpünün dağılması barədə Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq dövlət qurumlarına məlumat verilib.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024
Kürdə bir nəfər batıb
Kürdə bir nəfər batıb
14:37 • 24 Dekabr 2024
Neftçalada maşın yanıb
Neftçalada maşın yanıb
09:38 • 24 Dekabr 2024

Xəbər lenti