Laçına növbəti köç prosesi reallaşıb.
Xezerxeber.az xəbər verir ki, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
Laçın şəhəri bu dəfə 18 ailəyə qucaq açıb və bununla da 60 laçınlının yurd həsrəti bitib. Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Bununla da Laçın şəhərində 552 ailə, yəni 2031 nəfərin nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.