Xəzər Xəbər

Xocalıda yük maşını aşıb, sürücü həlak olub

Region | 19:34 • 25 İyul 2024
Xocalıda yük maşını aşıb, sürücü həlak olub

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə saat 11 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocalı rayonu Sığnaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Təmkin Şahpələngovun idarə etdiyi “Shacman” markalı yük maşını idarəetmədən çıxaraq beton maneəyə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü həlak olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun rəhbəri Eşqin Qasımov faktı təsdiqləyib və araşdırma aparıldığını bildirib.

Xəbər lenti