Xəzər Xəbər

Ağdaşda iki nəfər çayda boğulub

Region | 09:17 • 22 İyul 2024
Ağdaşda iki nəfər çayda boğulub

Ağdaş şəhər sakinləri çayda çimərkən boğulub.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.

Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.

Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti