Xəzər Xəbər

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb

Region | 14:15 • 18 İyul 2024
Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb

21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batmış Zaqatala rayon sakini 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbər lenti