Xəzər Xəbər

Biləsuvarda qaz xətti zədələnib, bir kənd qazsız qalıb

Region | 17:44 • 14 İyul 2024
Biləsuvarda qaz xətti zədələnib, bir kənd qazsız qalıb

Biləsuvar rayonunda yeraltı qaz xəttinin zədələnməsi nəticəsində kənd qazsız qalıb.

Xezerxeber.az-ın xəbərinə görə, Biləsuvar rayonunun Əsgərabad kəndində rayon işıq idarəsi tərəfindən işıq dirəkləri basdırılan zaman diametri 160 mm-lik yeraltı orta təzyiqli qaz xəttini zədələnib.  

Nəticədə Əsgərabad kəndinin 800 abonentin qaz təchizatı dayandırılıb.

Qəzanı aradan qaldırmaq üçün işlər görülür.

Xəbər lenti