Xəzər Xəbər

Şəkidə ağır yol qəzası baş verib

Region | 11:51 • 3 İyul 2024
Şəkidə ağır yol qəzası baş verib

Yevlax-Zaqatala-Gürcüstan magistralında qəza baş verib. 

Xezerxeber.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi magistralın Şəkinin Cəfərabad kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü, rayon sakini Ələsgər İbrahimov idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində Ələsgər İbrahimov hadisə yerində ölüb. Sərnişin, sürücünün həyat yoldaşı Mehriban İbrahimova Təcili Tibbi Yardım briqadasının köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha bir nəfərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Xəstəxanadan bildirilib ki, Mehriban İbrahimovanın vəziyyəti orta-ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Baş verən qəza ilə bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Çox oxunanlar