Xəzər Xəbər

Ucarda ağır yol qəzası baş verib FOTO

Region | 16:09 • 1 İyul 2024
Ucarda ağır yol qəzası baş verib

Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunda, Ucarın Müsüslü kəndi ərazisində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar