Xəzər Xəbər

Şabranda ağır yol qəzası: ölən və yaralananlar var

Region | 10:17 • 1 İyul 2024
Şabranda ağır yol qəzası: ölən və yaralananlar var

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 30 yaşlı Vahid Əmirli hadisə yerində ölüb. Paytaxt sakinləri Pəri Vəliyeva, Seyidağa Səmədov və İlqar Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar