Xəzər Xəbər

İmişlidə ağır yol qəzası baş verib

Region | 09:26 • 1 İyul 2024
İmişlidə ağır yol qəzası baş verib

İmişli şəhərində ağır yol qəzası baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə İmişli şəhər Mikayıl Müşfiq küçəsində qeydə alınıb. 

İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Xəlil Akif oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili hasara çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü ölüb, avtomobildə olan 6 yaşlı oğlu Quliyev Akif isə xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti

Çox oxunanlar