Xəzər Xəbər

Zaqatalada evi ildırım vuraraq yandırıb FOTO

Region | 11:39 • 1 İyun 2024
Zaqatalada evi ildırım vuraraq yandırıb

Gecə saatlarında Zaqatala rayonu ərazisində güclü ildırım çaxma hadisəsi qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, rayon Fövqəladə hallar komissiyasından verilən məlumata əsasən, axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində olduğu kimi, Zaqatala rayon ərazisində də qeyri-sabit hava şəraiti hökm sürüb.

Gecə saatlarından başlayaraq isə güclü ildırım çaxmaları müşahidə edilib.

Gecə saat 03.56 radələrində Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rayonun Yuxarı Tala kənd sakini Maarif Aslanova məxsus 6 otaqlı, ümumi sahəsi 182 kv/m olan fərdi yaşayış evinin ildırım vurması və güclü yanğın başlaması barədə məlumat daxil olub.

Hadisə yerinə rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Görülən tədbirlərə baxmayaraq evin yanar konstruksiyaları 60 kv/m-lik sahədə yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsi bir daha vətəndaşlara ildırım vurmalarla bağlı müraciət edib, təhlükəsizlik tədbirlərini artırmaları tövsiyə edilib.

Xəbər lenti