Xəzər Xəbər

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

Region | 13:39 • 24 May 2024
Laçın və İrpen şəhərləri qardaşlaşacaq

Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Qarabağa gedib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev "X" hesabında paylaşım edib. 

O qeyd edib ki, Ukraynanın Azərbaycandakı səfiri statusunda ilk regional səfərini Qarabağa etməyi əvvəldən planlaşdırıb: “Bu gün Azərbaycan rəhbərliyinin dəvəti ilə biz hərbi attaşemiz polkovnik Yuriy Suprunla birlikdə bu planı həyata keçiririk. Səhər Zəngilan şəhərinin yeni hava limanına gəldik və oradan mənzərəli Laçın şəhərinə yola düşdük. Biz Laçını yaxın gələcəkdə qəhrəman İrpen icmamızla qardaşlaşmış şəhər etmək üzərində çalışırıq. Şəhərlərin bərpa və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində uğurlu təcrübəsi var. Əminəm ki, belə regionlararası əməkdaşlıq Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə yönəlmiş daha bir addım olacaq”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti