Mayın 23-də saat 21 radələrində Göyçay rayonu ərazisində 1979-cu il təvəllüdlü Rza Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mehdi Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rza Əhmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mehdi Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.