Xəzər Xəbər

Azad edilmiş ərazilərdə daha 38 mina, 358 PHS aşkarlanıb

Region | 14:23 • 13 May 2024
Azad edilmiş ərazilərdə daha 38 mina, 358 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (06.05.2024 - 12.05.2024) açıqlanıb.

ANAMA-dan Xezerxeber.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 6 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 358 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 880.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər lenti