2024-cü il 7 aprel tarixində Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Bildirilir ki, minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!