Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında paytaxtın Qaradağ rayonundan yola salınan ailələr doğma yurdlarına çatıblar.
Xezerxeber.az xəbər verir ki, Laçın rayonu bu dəfə 24 ailəyə qucaq açıb, daha 89 laçınlının yurd həsrəti bitib. Onlardan 21 ailə olmaqla, 68 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçənlərdir.
Uzun illər sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar burada böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər.
Bununla da Laçın şəhərində 472 ailənin, yəni 1773 nəfərin, Zabux kəndində isə 215 ailə olmaqla, 819 nəfərin daimi məskunlaşması təmin edilib.