Xəzər Xəbər

Zabux kəndində su anbarı tikilir

Region | 12:18 • 13 Mart 2024
Zabux kəndində su anbarı tikilir

Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 2-də işlər artıq başlamaq üzrədir, 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa, 13 anbarın yenidənqurulma məsələsi var. Onlardan isə 2-si bərpa olunub.

Xezerxeber.az xəbər verir ki, bunu Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

Agentlik sədrinini sözlərinə görə, bu ilin ortalarına kimi Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir.

“Paralel olaraq digər anbarların texniki-iqtisadi əsaslandırılması aparılır. Həkəri çayı üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanmasını və tikinti-quraşdırma işlərini Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət A.Ş.” aparır. Bu işlərin görülməsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb", - deyə Zaur Mikayılov əlavə edib.

Xəbər lenti

Çox oxunanlar