Xəzər Xəbər

Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib

Region | 09:08 • 11 Mart 2024
Gədəbəydə 7 nəfər dəm qazından zəhərlənib

Gədəbəydə bir gündə 7 nəfər dəm qazından zəhərlənib.

Xezerxeber.az xəbər verir ki, rayonun Qaradağ kənd sakinləri 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli,1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı, Gədəbəy şəhəri Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynov, rayonun Gərgər kəndindən 2 nəfər - 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər.

Zəhərlənənlərə dərhal təcili tibbi yadım göstərilib. Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024