Xəzər Xəbər

Ağdaşda ağır yol qəzası baş verib

Region | 08:45 • 11 Mart 2024
Ağdaşda ağır yol qəzası baş verib

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a bildirilib ki, gecə saatlarında Ağdaş şəhəri ərazisində “VAZ 2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

Müxtəlif xəsarətlər alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024