Xəzər Xəbər

Biləsuvarda yol qəzası baş verib FOTO

Region | 19:06 • 10 Mart 2024
Biləsuvarda yol qəzası baş verib

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Biləsuvar şəhərində, Melioratorlar qəsəbəsinin yaxınlığında baş verib.

Xezerxeber.az xəbər verir ki, Vəliyev Mirəli Abasət oğlunun idarə etdiyi “Hundai Santa Fe” və Vəliyev Alim Rzaxan oğlunun “Vaz 2109” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Vaz 2109” markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Tahirova Şəfəq Gülağa qızı müxtəlif dərəcəli xəsarət alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024