Xəzər Xəbər

Sabirabadda ağır yol qəzası baş verib FOTO

Region | 15:01 • 10 Mart 2024
Sabirabadda ağır yol qəzası baş verib

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, “Mercedes” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Hadisə saat 13 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Zalqarağac kəndindən keçən hissəsində baş verib. Qəza nəticəsində Süleymanov Arzuman Məzahir oğlu və Mədətov Zaur Xudayar oğlu həlak olublar. Ağır xəsarət alan şəxs - 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar