Xəzər Xəbər

Salyanda körpə uşaq pnevmaniyadan ölüb

Region | 10:25 • 26 Fevral 2024
Salyanda körpə uşaq pnevmaniyadan ölüb

Salyan rayonunda pnevmaniyaya yoluxan körpə ölüb.

Salyan şəhər sakini 2023-cü il təvəllüdlü Sadıqov Hüseyn Arif oğlu bu gün səhər saatlarında Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, azyaşlı uşaq dəqiqləşdirilməmiş bronxit-pnevmaniyadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar