Xəzər Xəbər

Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Region | 12:44 • 11 Fevral 2024
Şəxsin ehtiyatsızlıqdan öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Rubrikanın digər xəbərləri

Masallıda kafe yanıb
Masallıda kafe yanıb
11:45 • 5 Yanvar 2025
Qaxda yük maşını azyaşlını vurub
Qaxda yük maşını azyaşlını vurub
12:31 • 3 Yanvar 2025
Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024
Kürdə bir nəfər batıb
Kürdə bir nəfər batıb
14:37 • 24 Dekabr 2024

Xəbər lenti