Xəzər Xəbər

Xocalıda kütləvi məzarlıq aşkar edilib FOTO

Region | 14:50 • 8 Fevral 2024
Xocalıda kütləvi məzarlıq aşkar edilib

İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.

Xezerxeber.az xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var.

Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Hazırda müvafiq qurumların nümayəndələri jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçirirlər.

Xəbər lenti