Xəzər Xəbər

Kürdəmirdə seçici səs verən zaman ölüb

Region | 09:18 • 8 Fevral 2024
Kürdəmirdə seçici səs verən zaman ölüb

Fevralın 7-si keçirilən növbədənkənar prezident seçkilərində iştirak edən Kürdəmir sakini seçki məntəqəsində vəfat edib.

Xezerxeber.az xəbər verir ki, hadisə 95 saylı Zərdab-Ucar-Kürdəmir Seçki Dairəsinin Carlı kəndində yerləşən 63 saylı seçki məntəqəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Süleymanov İsmayıl Əliqoca oğlu səsvermə prosesi zamanı qəfil dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar