Xəzər Xəbər

Ağdam sakini İmişlidə klinikadan oğurluq edib FOTO

Region | 09:40 • 6 Fevral 2024
Ağdam sakini İmişlidə klinikadan oğurluq edib

İmişli rayon ərazisində yerləşən klinikaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş Ceyhun Salahov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, C.Salahov fevralın 1-də klinikada yerləşən iş otaqlarının birinə qanunsuz daxil olaraq orada saxlanılan 8750 manat pulu ələ keçirib və həmin məbləğin bir qismini şəxsi ehtiyaclarına xərcləyib. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə ondan 6000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti