Xəzər Xəbər

Qubada baş verən qəzada yaralananlardan biri xəstəxanada ölüb

Region | 16:19 • 5 Fevral 2024
Qubada baş verən qəzada yaralananlardan biri xəstəxanada ölüb

Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyində baş verən qəzada yaralanan 5 nəfərdən biri xəstəxanada ölüb.

Xezerxeber.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, Quba rayonunun Alpan kənd sakini 70 yaşlı Nazif Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Qusar-Quba avtomobil yolunun 4-cü kilometrliyində baş verən qəzada 5 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, yolun Quba rayonu ərazisindən keçən hissəsində Rüstəm Rüstəmov və Qahir Süleymanovun idarə etdiyi “Opel” və “VAZ 2109” markalı avtomobillər toqquşub.

Qəza zamanı avtomobillərdə olan Zülfüqarov Elzamin Seyfulla oğlu, Balayev Nurlan Cavanşir oğlu, Əlixanov Elnur Ərəstun oğlu, Əliyev Nazif Nəriman oğlu və Süleymanov Qahir Asəf oğlu xəsarət alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Toqquşma nəticəsində minik maşınında sıxılmış vəziyyətdə qalan sərnişin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar