Xəzər Xəbər

Şəmkir sakini niyə güllələnib? TƏFƏRRÜAT

Region | 10:52 • 3 Fevral 2024
Şəmkir sakini niyə güllələnib?

Şəmkirdə baş verən güllələnmənin bəzi təfərrüatları məlum olub.

Xezerxeber.az-ın APA-ya istinadən məlumatın a görə, güllələnən Zabil Aslanov 2022-ci ildə hadisəni törədən qardaşların atalarını döyüb. Bu məqsədlə Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı intiqam almağa qərəra gəliblər. Ötən gün axşam saatlarında Bayramlı qardaşları əvvəlcə Zabil Aslanovun idarəetdiyi "KİA" markalı avtomobilə atəş açıb, sonra isə qardaşlardan Babək Bayramlı əlindəki dəmir parçası ilə avtomobilin şüşəsini sındırıb. Bayramlı qardaşlarının avtomobili isə "Passat" markalı minik maşını olub.

10:04

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Xezerxeber.az bildirir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar