Xəzər Xəbər

Yol kənarında ov məhsulları satan şəxslər saxlanılıblar

Region | 13:12 • 2 Fevral 2024
Yol kənarında ov məhsulları satan şəxslər saxlanılıblar

Masallı-Lənkəran magistral yolunun kənarında qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışını həyata keçirən şəxslər saxlanılıblar.

Bu hal qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin satışı və istifadəsinin qarşısının alınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı üzə çıxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı onların Lənkəran rayonu, Şirinquyu kənd sakini Elməddin Niftullayev, Qumbaşı kənd sakinləri Emin Əliyev və Samir Musayev olduğu məlum olub.

Faktla bağlı qanun pozucularından ümumilikdə 10 baş çöl quşu götürülüb. Hazırda monitorinqlər davam edir.

Xəbər lenti

Çox oxunanlar