Xəzər Xəbər

Astarada 5 yaşlı uşağı maşın vuraraq öldürüb

Region | 15:08 • 29 Yanvar 2024
Astarada 5 yaşlı uşağı maşın vuraraq öldürüb

Astarada azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Qamışoba kəndi ərazisində baş verib.

Hərəkətdə olan "VAZ-2106" 90-EZ-171 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili yolu keçən Çəmənli kənd sakini 5 yaşlı F.Yadigar qızı Nəzərovanı vurub. Sürücü uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, azyaşlı yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar