Xəzər Xəbər

İş adamının oğlu göldə boğulub FOTO

29 yaşlı gəncin meyiti sudan çıxarılıb
Region | 19:59 • 28 Yanvar 2024
İş adamının oğlu göldə boğulub

İmişlidə 29 yaşlı kişi göldə boğulub.

Xezerxeber.az-ın APA-ya istinadən məlumatına görə, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub. 

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az-ın məlumatına görə isə, Elşad Astanovun Sarısu gölündə ov edərkən qayığın aşması nəticəsində suya düşdüyü və boğularaq öldüyü bildirilir.  

Xatırladaq ki, Şükür Astanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı Yol İstismar İdarəsinin sabiq rəisi olub. 

O, biznes fəaliyyəti ilə məşğuldur. Şükür Astanov İmişli rayonunda məşhur iş adamı kimi tanınır. 

Xəbər lenti

Çox oxunanlar