Xəzər Xəbər

Ağdaşda ağır yol qəzası baş verib

Region | 11:05 • 28 Yanvar 2024
Ağdaşda ağır yol qəzası baş verib

Yanvarın 28-i saat 6 radələrində Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İsgəndər qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti