Yanvarın 22-də axşam saatlarından başlayaraq Quba, Qusar, Xaçmaz, Xızı və digər Şimal rayonlarının ərazisinə qar yağır.
Xezerxeber.az-ın məlumatına görə, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən çox qar Qubanın Qırız kəndinə yağıb. Burada qarın hündürlüyü 10 santimetrə çatır. Region üzrə ən aşağı temperatur da (-13) bu məntəqədə qeydə alınıb.
Xızı rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 6, Qubanın rayon mərkəzində 4, Xaçmazda isə 1 santimetrdir.