İşğaldan azad olunmuş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb.
Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi mətbuat konfransında söyləyib.
M.Abbasbəyli bildirib ki, həmin proqram çərçivəsində peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.