Cəlilabadda kanal azyaşlı bacılar boğulub.
Xezerxeber.az xəbər verir ki, kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyla olduğu bildirilir.
İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
Azyaşlılardan birinin meyiti sudan çıxarılıb, digərinin axtarışları davam edir.
Baş prokurorluğun Mətbuat xidmətindən yerli medianın sorğusuna cavab olaraq bildirilir ki, dekabrın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.