Xəzər Xəbər

Anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Region | 09:05 • 28 Dekabr 2023
Anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Dekabrın 27-də saat 19 radələrində Quba rayonu, Bağbanlar kəndində evlərin birində 1938-ci il təvəllüdlü İsmixanova Zöhrə Qazməmməd qızının küt alətlə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu 1974-cü il təvəllüdlü İsmixanov Zülfüqar Bahəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar