Xəzər Xəbər

Kürdəmirdə 14 yaşlı qızın nişan mərasimi olub

Region | 16:44 • 11 Dekabr 2023
Kürdəmirdə 14 yaşlı qızın nişan mərasimi olub

Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. 

Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər.

DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

Xəbər lenti

Çox oxunanlar