Xəzər Xəbər

Neftçalada 10 yaşlı qızın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub

Region | 23:08 • 5 Dekabr 2023
Neftçalada 10 yaşlı qızın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub

Neftçala rayonunda vəfat edən məktəbli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev bildirib ki, Aşağı Surra kəndində yaşayan Əliyeva Samirə Elxan qızından əvvəl həmin ailədə olan digər uşaq Samir Əliyevin qızılcaya yoluxması ilə bağlı kənddə yerləşən tibb məntəqəsinə müraciət olunub.

“Dərhal həkimlər tərəfindən ailədə olan hər üç uşaq -2010-cu il təvəllüdlü Samir Əliyev, 2013-ci il təvəllüdlü Samirə Əliyeva, 2016-cı il təvəllüdlü Kərim Əliyev yoxlanılaraq müayinə olunub. Qızılcaya yoluxan Samir Əliyevin noyabrın 27-də növbəti müayinə zamanı sağaldığı və digər uşaqlarda hər hansısa qızılca əlamətinin olmadığı müəyyən edilib. Noyabrın 30-da isə Samirə Əliyevanın qızılcaya yoluxması göstəriciləri ilə bağlı tibb məntəqəsinə yenidən müraciət olunub. Həkimlər müayinə zamanı onda 37,2-37,5 dərəcə hərarət və yüngül səpkilərin olduğunu aşkarlayıblar və mütəmadi olaraq Samirə Əliyeva və digər uşaqlar həkimlərin nəzarətində saxlanılıb. Ötən gün həkimlər növbəti dəfə həmin ailədə uşaqları müayinə edən zaman hansısa təhlükəli hal müşahidə etməyiblər. Bu gün səhər saatlarında isə Samirə Əliyevanın səhhəti anidən ağırlaşdığı üçün ailəsi tərəfindən uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda vəfat edib”, - deyə xəstəxananın direktoru qeyd edib. (AZƏRTAC)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024