Xəzər Xəbər

Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb YENİLƏNİB

Region | 18:15 • 5 Dekabr 2023
Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb

Neftçala rayonunun Aşağı Surra kənd orta məktəbinin şagirdi qızılca səbəbindən vəfat edib.

Bu barədə APA-ya Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

18:04

Neftçalada 10 yaşlı uşaq ölüb.

Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, Aşağı Surra kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızının evdə halı pisləşib və xəstəxanaya aparılarkən yolda keçinib. Onun bir həftə əvvəl qızılcaya yoluxduğu və ev şəraitində müalicə aldığı qeyd edilir. Uşağa əvvəllər qızılca əleyhinə peyvəndin vurulmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Neftçala rayonunda aztaşlının həkiməqədər ölümü qeydə alınıb. 

"Təşrih vasitəsi ilə aparılan tibbi ekspertiza nəticəsində şəxsin əsl ölüm səbəbi haqqında son rəy bildrimək mümkündür", məlumatda deyilir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024