Xəzər Xəbər

Şabranda ağır yol qəzası baş verib

Region | 14:31 • 20 Noyabr 2023
Şabranda ağır yol qəzası baş verib

Noyabrın 19-u saat 00:10 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən piyada, 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Xezerxeber.az-a bildirilib ki, X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar