Xəzər Xəbər

Hacıqabulda yol qəzası baş verib, 6 nəfər xəsarət alıb FOTO

Region | 22:56 • 19 Noyabr 2023
Hacıqabulda yol qəzası baş verib, 6 nəfər xəsarət alıb

Hacıqabul rayonu ərazisində yol qəzası baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı “Mersedes”markalı avtomobil və Kamaz markalı yük maşını toqquşub. Hadisə nəticəsində Mirzəyeva Əntiqə Novruz qızı, Mirzəyev Ramil Oruc oğlu, Şıxəliyeva Taliyə Elbrus qızı, Şıxəliyeva Aylin Anar qızı, Şıxəliyev Aqil Anar oğlu və Səmədova Rəqibə Qəzənfər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti