Xəzər Xəbər

Şirvanda vətəndaşlar ov tüfənglərini polisə təhvil veriblər FOTO

Region | 09:00 • 19 Noyabr 2023
Şirvanda vətəndaşlar ov tüfənglərini polisə təhvil veriblər

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlərin nəticəsində son iki gün ərzində 11 sakin müvafiq sənədləri olmadan saxladıqları ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Xəbər lenti