Xəzər Xəbər

Yevlax sakini güllələnib

Saxlanılan var
Region | 17:05 • 12 Noyabr 2023
Yevlax sakini güllələnib

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər polis əməkdaşları tərəfindən saxlanılıb. 

Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar