Xəzər Xəbər

Qazaxda sakinlər ov silahlarını polisə könüllü təhvil veriblər FOTO

Region | 10:04 • 11 Noyabr 2023
Qazaxda sakinlər ov silahlarını polisə könüllü təhvil veriblər

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

DİN-dən Xezerxeber.az-a bildirilib ki, keçirilən tədbirləri nəticəsində həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könülllü təhvil veriblər. Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar