Xəzər Xəbər

TƏBİB Biləsuvarda azyaşlının ölümü ilə bağlı açıqlama yayıb YENİLƏNİB

Region | 18:04 • 10 Noyabr 2023
TƏBİB Biləsuvarda azyaşlının ölümü ilə bağlı açıqlama yayıb

TƏBİB Biləsuvar rayonunda azyaşlının ölümü ilə bağlı açıqlama verib.

Xezerxeber.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, 10 noyabr 2023-cü il tarixində saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub.

"Vətəndaşın xəstəxanaya qədər ölüm halı qeydə alınıb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı qəfil vəfat edib. Onun ölümünə ev şəraitində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

15:43

Biləsuvar rayonunda azyaşlının qidadan zəhərlənməsi ölümlə nəticələnib.

Xezerxeber.az-ın xəbərinə görə hadisə rayonun Təzəkənd kəndində baş verib. 

2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetmə qıza göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Məmmədova dünən ailəsi ilə birgə, ev şəraitində hazırlanan kələm şorabası yeyib. Bundan sonra o özünü pis hiss edib. Ehtimal olunur ki, azyaşlının zəhərlənməsinə məhz kələm şorabası səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar