Xəzər Xəbər

Neftçalada əxlaqsız hərəkətlərdə şübhəli bilinən şəxs həyatına qəsd edib

Region | 09:24 • 10 Noyabr 2023
Neftçalada əxlaqsız hərəkətlərdə şübhəli bilinən şəxs həyatına qəsd edib

Noyabrın 10-da Neftçala rayonunda ölüm hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən 1971-ci il təvəllüdü Hüseynov Azər Mahmud oğlu paltar lifindən hazırladığı vasitə ilə saat 4 radələrində həyatına qəsd edib. Göstərilən tibbi müdaxilələrə baxmayaq onun həyatını xilas etmək mümkün olmayıb.

Şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədənində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm faktı ilə bağlı məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Xəbər lenti

Çox oxunanlar