Xəzər Xəbər

Şuşada avtomobil aşaraq yanıb, 5 nəfər ölüb YENİLƏNİB

Region | 15:05 • 6 Noyabr 2023
Şuşada avtomobil aşaraq yanıb, 5 nəfər ölüb

Şuşada 5 nəfərin öldüyü yol qəzasında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, Şuşada baş vermiş qəza hadisəsi zamanı xəsarət almış Sabirabad rayon sakini noyabrın 4-də, saat 22:00 radələrində təcili və təxirəsalınmaz tibbi yardım avtomobili vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə gətirilib. 

Pasiyentin vəziyyəti ağır olduğu üçün ilkin yardım göstərildikdən sonra dərhal Nərimanov Tibb Mərkəzinin tabeliyində olan Yanıq Mərkəzinə təxliyə edilib. Yanıq Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentə sifətin, bədənin müxtəlif nahiyələrinin 3-cü və 4-cü dərəcəli yanığı nəticəsində yanıq şoku, eyni zamanda sağ said sümüyünün sınığı və çıxığı diaqnozu qoyulub.

Hazırda pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilir və Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar