Xəzər Xəbər

Sabirabadda evdə partlayış baş verib, xəsarət alan var

Region | 08:38 • 6 Noyabr 2023
Sabirabadda evdə partlayış baş verib, xəsarət alan var

Sabirabadda fərdi yaşayış evində qaz partlayışı baş verib. Hadisə nəticəsində bir qadın yanıq xəsarətləri alıb.

Xezerxeber.az xəbər verir ki, partlayış ötən gün Sabirabad şəhəri Heydər Həmidov küçəsi, ev 59-da qeydə alınıb. Partlayış evin mətbəx hissəsində baş verib. Həmin zaman mətbəxdə olan ev sahibi Südabə Zərbəliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar